Ana Sayfa > Özəl > Gürcüstan İtaliya və Macarıstana yeni səfirlər təyin edib
Gürcüstan İtaliya və Macarıstana yeni səfirlər təyin edibDünən, 23:02. Yazar: sevinc1 |
![]() Gürcüstan Xarici İşlər Nazirliyi İtaliya və Macarıstana yeni səfirlər – Tamar Liluaşvili və Nikoloz Laliaşvilinin təyin olunduğunu açıqlayıb. Konstitusiyaya görə, Gürcüstan prezidenti hökumətin təqdimatı ilə səfirləri və diplomatik nümayəndəliklərin rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir. Tamar Liluaşvili Gürcüstanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri və BMT-nin beynəlxalq təşkilatları (FAO, IFAD, WFP) yanında Romadakı daimi nümayəndəsi təyin edilib.Liluaşvili bundan əvvəl Gürcüstanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsini tutub. O, dövlət sektorunda böyük təcrübəyə malikdir, o cümlədən Gürcüstanın İnvestisiya Milli Agentliyinin Gürcüstanda icraçı direktoru və RMG Group-un direktor müavini kimi fəaliyyət göstərir. Nikoloz Laliaşviliyə gəlincə, o, Gürcüstanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri olub. O, uzun illər dövlət qulluğunda, o cümlədən Gürcüstan Müdafiə Nazirliyində və Təhlükəsizlik Şurasında müxtəlif vəzifələrdə çalışıb. Laliaşvili Gürcüstan parlamentinin deputatı olub. Liluaşvili və Laliaşvili iyulun 1-dən öz vəzifələrinin icrasına başlayacaqlar. aia.az Tərcümə şöbəsi Geri dön |