Ana Sayfa > Özəl > Tekirdağda 1,5 yaşlı körpə birinci mərtəbədən yıxılıb

Tekirdağda 1,5 yaşlı körpə birinci mərtəbədən yıxılıb


Dünən, 22:36. Yazar: sevinc1
Tekirdağda 1,5 yaşlı körpə birinci mərtəbədən yıxılıb

Tekirdağın Çorlu rayonunda 1,5 yaşlı körpə birinci mərtəbənin pəncərəsindən yıxılaraq yaralanıb.

Çorlunun Hıdırağa məhəlləsində Bakkal küçəsində yerləşən binanın birinci mərtəbəsində yaşayan suriyalı ailənin körpəsi Əbdülhani N. açıq pəncərədən baxarkən müvazinətini itirərək beton döşəməyə yıxılıb. Xəbərdarlıq üzərinə polis və tibb qrupları ünvana göndərilib. Hadisə yerində ilkin tibbi yardım alan Əbdülhani N.-yə Çorlu Dövlət Xəstəxanasına çatdırılıb və ona tibbi yardım göstərilib. Körpənin vəziyyətinin yaxşı olduğu öyrənilib.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

aia.az
Tərcümə şöbəsi
Geri dön