Ana Sayfa > Özəl > Gədəbəydə 28 May Müstəqillik Gününə həsr olunmuş silsilə tədbirlər keçirilir
Gədəbəydə 28 May Müstəqillik Gününə həsr olunmuş silsilə tədbirlər keçirilirDünən, 18:01. Yazar: azer |
![]() Mayın 20-də Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının Əmiraslanlı, Əlinağılar, Çanaqçı, Samanlıq və Qaradağ kənd ərazi partiya təşkilatlarında “28 May Müstəqillik Günü - ölkəmizin tarixinin şanlı səhifəsidir” mövzusunda dəyirmi masa keçirilib. aia.az xəbər verir ki, ilk öncə Ümummilli Liderin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Əmiraslanlı kənd ərazi partiya təşkilatında 28 May Müstəqillik günündən söz açan YAP Gədəbəy rayon təşkilatının əməkdaşı Anar Məmmədov çıxış edərək Müsəlman Şərqində ilk Parlament Respublikası olan Azərbaycan Xalq Cümhuriyyətindən, xalqımızın qədim dövlətçilik ənənələrindən danışan Partiya əməkdaşı müstəqilliyin qorunub saxlanmasının onu qazanmaqdan daha çətin olmağından, ikinci dəfə müstəqillik qazandıqdan sonra onun qorunub saxlanılması üçün görülən işlərdən danışdı. Ulu Öndər Heydər Əliyevin qətiyyətli siyasəti ilə möhkəmlənən və bu gün ölkə Prezidenti cənab İlham Əliyevin apardığı düzgün siyasəti sayəsində dünyada tanınan dövlətimizin müstəqilliyinin əbədi olduğuna inamını bildirdi. Ərazi partiya təşkilatının sədrləri və digər partiya fəallarının çıxışlarında 28 May 1918-ci ildə elan edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyət dövründən söhbət açılıb və o dövrdə əldə edilmiş uğurlar haqqında fikirlər bölüşülüb.Çıxış edənlər Ümummilli liderimiz Heydər Əliyevin qurub yaratdığı, müstəqilliyə qovuşdurduğu Azərbaycan Respublikası indi Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir, qarşıya qoyulan hədəflərə doğru inamla irəliləyir, ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi inkişaf kursu seçməklə demokratikləşmə, insan hüquq və azadlıqlarının təminatı sahəsində ciddi nailiyyətlərə imza atır. Masada iştirak edən partiya fəalları da çıxış edərək Azərbaycan gəncliyinin uğurlarından, gənclərin Vətənə məhəbbət, dövlətçiliyə sədaqətindən danışıb, müstəqil dövlətçilik ənənələrinin inkişaf etdirilməsində gənclərin rolunu yüksək dəyərləndiriblər. Geri dön |