Ana Sayfa > Gündəm / Parlament > Deputat Məşhur Məmmədov növbəti dəfə seçicilərlə görüşüb

Deputat Məşhur Məmmədov növbəti dəfə seçicilərlə görüşüb


Dünən, 16:38. Yazar: azer
Deputat Məşhur Məmmədov növbəti dəfə seçicilərlə görüşüb

Bu gün Masallı şəhər Heydər Əliyev Mərkəzində seçicilərlə növbəti qəbul-görüşümüz baş tutdu. Görüşdə YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev və köməkçilərim də iştirak edirdilər.

20-dən çox seçicini dinlədik, onları narahat edən məsələlərə yerində aydınlıq gətirməyə çalışdıq. Bəzi istəklər yerində həllini tapdı. Vətəndaşlarımızın qaldırdıqları digər problemlərin daha operativ həlli üçün aidiyyəti qurumlarla müvafiq əlaqələndirmə işləri aparılacaq.

Seçicilərin hər birinin müraciətini fərdi dinləyib, lazımi addımların atılması üçün razılığa gəldik.
Dövlətin və seçicinin etimadını doğrultmaq və vətəndaşlarımızın rifahı naminə çalışmaq əsas vəzifəmizdir!

Məşhur Məmmədov
Milli Məclisin deputatı

Geri dön