Ana Sayfa > Karusel / Parlament > Milli Məclisin nümayəndə heyəti Madriddə Prado muzeyində olub
Milli Məclisin nümayəndə heyəti Madriddə Prado muzeyində olubBu gün, 11:46. Yazar: azer |
![]() Milli Məclisin sədri Sahibə Qafarovanın İspaniya Krallığına rəsmi səfəri davam edir. Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Səfər çərçivəsində parlament nümayəndə heyəti Madriddə Prado muzeyində olub. Parlament nümayəndə heyətinin üzvləri muzeydə saxlanılan eksponatlarla tanış olublar. Qonaqlara məlumat verilib ki, muzeydə məşhur rəssamların tabloları, tarixi heykəl nümunələri və qədim sikkə pul vahidləri ziyarətçilərə təqdim olunur. İl ərzində üç milyona yaxın insanın üz tutduğu bu mədəniyyət ocağının kolleksiyasında təqribən 8600-dan çox rəsm əsəri saxlanılır. Geri dön |