Ana Sayfa > Dünya > Beyonsu məhkəməyə verdi - 26 milyon istəyir

Beyonsu məhkəməyə verdi - 26 milyon istəyir


9-02-2017, 12:18. Yazar: Sevinc
Beyonsu məhkəməyə verdi - 26 milyon istəyir


Müğənni Beyons həmkarı tərəfindən məhkəməyə verilib.

İfaçı müəllif hüquqlarını pozmaqda ittiham olunur.

Yeni Orlean məhkəməsinə müraciət edən Messi Maya adlı reper Beyonsun “Formation” adlı mahnısında onun sözlərindən icazəsiz olaraq istifadə etdiyini bildirib. Reperin vəkilləri təzminat olaraq 26 milyon dollar tələb edirlər.

Qeyd edək ki, 35 yaşlı Beyons “Forbes”in reytinqinə əsasən 2016-cı ildə ən bahalı ifaçılar arasında 5-ci olub.

Reper Cey Zi ilə evli olan Beyonsun bir qızı var. (axşam.az)
Geri dön