Ana Sayfa > Özəl > ÜST maliyyə çatışmazlığı səbəbindən işçilərini ixtisar edəcək
ÜST maliyyə çatışmazlığı səbəbindən işçilərini ixtisar edəcəkBu gün, 16:03. Yazar: sevinc1 |
![]() Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) maliyyə çatışmazlığı səbəbindən işçilərini ixtisar edəcək. "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu təşkilatın rəhbəri Tedros Adhanom Qebreyesus bildirib.ABŞ prezidenti Donald Tramp təşkilatın kifayət qədər effektiv olmadığını, siyasi təsir altında olduğunu və ABŞ-dan həddən artıq maliyyə tələb etdiyinə inandığı üçün ölkənin ÜST-dən çıxarılması barədə sərəncam imzalayıb. Maliyyə gəlirlərinin azalmasından sonra ÜST departamentlərin sayını 76-dan 34-ə endirəcək.Gebreyesus bu barədə Baş Səhiyyə Assambleyasının 78-ci sessiyasının açılışında bildirib. "Katiblik səyahət, satınalma, işə qəbul, erkən təqaüdə çıxma və daha çox xərclərin azaldılması üçün bir sıra tədbirlər görüb. Bu tədbirlər fərqi azaltmağa kömək etdi, lakin buna baxmayaraq, bizim əməkdaşlarımızın sayını azaltmaqdan başqa alternativimiz yoxdur" dedi. Amerikanın maliyyəsinin kəsilməsi fonunda Qebreyesus artıq agentliyin rəhbərliyinin 11 nəfərdən 6 nəfərə ixtisar edildiyini açıqlayıb. aia.az Tərcümə şöbəsi Geri dön |