Ana Sayfa > Manşet / Özəl / Parlament > Səttar Möhbalıyev Şahbuzun Ayrınc kəndində sakinlərlə görüşüb
Səttar Möhbalıyev Şahbuzun Ayrınc kəndində sakinlərlə görüşübBu gün, 15:49. Yazar: azer |
![]() Milli Məclisin deputatı Səttar Möhbalıyev 19 may 2025-ci il tarixində Şahbuz rayonunun sakinləri ilə görüşlərini davam etdirir. Deputat ilk olaraq rayonda Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib. aia.az xəbər verir ki, görüş rayonun Ayrınc kəndində baş tutub. Tədbirin gedişində vətəndaşları narahat edən sosial yönümlü məsələlər və şəxsi müraciətlər müzakirə olunub. Səttar Möhbalıyev sakinlər tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətlərin elə yerindəcə həll edib, bəzi məsələlər isə qeydə alınıb, onların həlli məqsədilə müvafiq qurumlar qarşısında məsələ qaldıracağını və təxirəsalınmaz tədbirlərin görüləcəyini bildirib. Deputat Səttar Möhbalıyev keçirdiyi görüşdə iştirak edən Ayrınc kəndinin sakinləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri ölkəmizin Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Naxçıvanın Şahbuz rayonuna göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Milli Məclisin deputatı Səttar Möhbalıyev tədbirdən sonra Ayrınc kəndindən olan şəhid mayor Orucov Elşən Yavər oğlunun ailəsinə baş çəkib, qəhrəman övladımızın məzarını ziyarət edib, önünə gül dəstələri düzüb və ruhuna dualar oxuyublar. Geri dön |