Ana Sayfa > Özəl > Polşada prezident seçkilərinin birinci turu- Liderlər Kimdir?
Polşada prezident seçkilərinin birinci turu- Liderlər Kimdir?Bu gün, 13:09. Yazar: sevinc1 |
![]() Polşa Milli Seçki Komissiyası səslərin 100%-ni qəbul edib – hakim Vətəndaş Koalisiyasının namizədləri Rafal Trzaskowski və ən böyük müxalifət partiyası olan Hüquq və Ədalət (PiS) partiyası Karol Navroçki ikinci tura keçiblər. Trzaskowski 31,3%, Navroçki isə 29,5% səs toplayıb. Üçüncü yeri 14,8% səslə Konfederasiya təmsilçisi Slavomir Mentzen tutub. Seçki Komissiyası bir gün ərzində yekun rəsmi məlumatları təqdim etməlidir. Seçkilərin ikinci turu iyunun 1-də keçiriləcək. Bundan əvvəl Polşa seçki komissiyasının sədri Silvester Marçiniak bildirib ki, prezident seçkiləri öncəsi “sükut günü”nün 63 pozuntusu qeydə alınıb ki, onların da əksəriyyəti onlayn təşviqatla bağlı olub. aia.az Tərcümə şöbəsi Geri dön |