Ana Sayfa > İdman > “Qalatasaray” Türkiyə çempionu oldu
“Qalatasaray” Türkiyə çempionu olduBu gün, 09:05. Yazar: sevinc1 |
![]() Türkiyə Superliqasında 2024-2025-ci illər mövsümünün çempionu bəlli olub. aia.az xəbər verir ki, otuz altıncı turda doğma meydanda "Kayserispor"u məğlub edən (2:0) "Qalatasaray" sona iki tur qalmış çempionluğu təmin edib. Qolları 26-cı dəqiqədə Viktor Osimhen və 3 dəqiqə sonra Barış Alper Yılmaz vurublar. Beləliklə, Okan Burukun baş məşqçisi olduğu komanda ikinci yerdə olan əzəli rəqibi "Fənərbağça"nı 8 xal qabaqlayaraq qızıl medallara sahib çıxıb. aia.az Geri dön |