Ana Sayfa > Manşet / Siyasət / Parlament > Milli Məclisin deputatı Asif Əsgərov növbəti dəfə sakinlərlə görüşüb
Milli Məclisin deputatı Asif Əsgərov növbəti dəfə sakinlərlə görüşübBu gün, 12:17. Yazar: azer |
![]() Milli Məclisin deputatı Asif Əsgərov Zaqatala rayonuna səfəri çərçivəsində Vətən müharibəsi şəhidi Xəlilli Nicatın ailəsini ziyarət edib. Şəhidin ailə üzvləri ilə görüş zamanı onların qayğıları dinlənilib, ailəyə maddi yardım göstərilib. Millət vəkili qeyd edib ki, şəhid ailələrinə göstərilən diqqət və qayğı dövlət siyasətinin əsas prioritetlərindəndir. Daha sonra millət vəkili Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının inzibati binasında vətəndaş qəbulu keçirib. Qəbulda YAP Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov və ictimaiyyət nümayəndələri də iştirak ediblər. Qəbul zamanı müxtəlif kənd və qəsəbələrdən olan sakinlər sosial rifah, məşğulluq, torpaq sahələrinin sənədləşdirilməsi, tibbi xidmət,bank və digər gündəlik problemlərlə bağlı müraciətlər ediblər. Müraciətlər diqqətlə dinlənilib bir sıra məsələlərin yerində həlli təmin olunub,deputatının səlahiyyətləri çərçivəsində həlli mümkün olmayan bir sıra məsələlərin də yerində izahı verilib.Daxil olan müraciətlər əsasında bir sıra aztəminatlı ailələrə də maddi yardım göstərilib. Digər müraciətlər isə aidiyyəti qurumlara yönləndirilib və onların icrası nəzarətə götürülüb. Görüşün sonunda vətəndaşlar ölkəmizdə şəhid ailələrinə, aztəminatlı insanlara və ümumilikdə xalqın rifahına göstərilən yüksək diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. Onlar qeyd ediblər ki, bu qayğı sayəsində xalq özünü etibarda, diqqətdə və dövlətin arxasında hiss edir. Geri dön |