Ana Sayfa > Özəl > İstanbul Hava Limanı uçuş sayına görə Avropanın zirvəsindədir

İstanbul Hava Limanı uçuş sayına görə Avropanın zirvəsindədir


Dünən, 23:28. Yazar: sevinc1
İstanbul Hava Limanı uçuş sayına görə Avropanın zirvəsindədir

Nəqliyyat və İnfrastruktur Naziri Əbdülkadir Uraloğlu İstanbul Hava Limanının aprel ayında gündəlik orta hesabla 1481 uçuşla Avropanın ən işlək hava limanı olduğunu ifadə edərək, "Türkiyə daxili reyslər baxımından da birinci oldu.

Ölkəmiz gündə orta hesabla 869 daxili uçuşla Avropada ikinci oldu" dedi.

Nəqliyyat və İnfrastruktur Naziri Əbdülkadir Uraloğlu İstanbul Hava Limanının aprel ayında gündəlik orta hesabla 1481 uçuşla Avropanın ən işlək hava limanı olduğunu ifadə edərək, "Türkiyə daxili reyslər baxımından da birinci oldu. Ölkəmiz gündə orta hesabla 869 daxili uçuşla Avropada ikinci oldu" dedi.
Uraloğlu yazılı açıqlamasında Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL) aprel ayı Avropa Aviasiya Görünüşü Hesabatını dəyərləndirib.

İstanbul Hava Limanının uğurunun bu hesabatda da göründüyünü vurğulayan Uraloğlu, "İstanbul Hava Limanı aprel ayında gündəlik orta hesabla 1481 uçuşla Avropanın ən sıx təyyarə trafikinə malik 10 hava limanı arasında birinci oldu. Bu hava limanını 1387 uçuşla Amsterdam Schiphol Hava Limanı və 1350 uçuşla London Hitrou Hava Limanı izlədi" deyə məlumat verdi.

Uraloğlu, İstanbul Hava Limanının yük uçuşlarında da əhəmiyyətli bir performans göstərdiyini, aprel ayında gündəlik ortalama 38,1 gediş trafiki ilə Avropanın ən sıx yük trafikinə sahib hava limanları arasında 4-cü sırada yer aldığını bildirdi.

aia.az
Tərcümə şöbəsi
Geri dön