Ana Sayfa > Özəl > Gürcüstanda qeyri-qanuni yaşayan əcnəbilər saxlanılıb
Gürcüstanda qeyri-qanuni yaşayan əcnəbilər saxlanılıbDünən, 23:14. Yazar: sevinc1 |
![]() Gürcüstan qanunlarına görə, əcnəbilər ölkədə qeyri-qanuni olarsa, ölkədə olmaları milli təhlükəsizliyə zidd olarsa, Gürcüstandan çıxarıla bilər.Polis əməkdaşları Banqladeş, Nigeriya və İranın beş vətəndaşını Gürcüstanda qeyri-qanuni yaşadıqları üçün saxlayıblar, Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir. İstintaq müəyyən edib ki, əcnəbilər sığınacaq verilməsi prosedurunda nəzərdə tutulmuş müddətlərdən sui-istifadə edərək, qanuni əsas olmadan illərlə ölkədə qalıblar. Saxlanılan şəxslər həmçinin ölkədən könüllü getməyi nəzərdə tutan deportasiya qərarında müəyyən edilmiş müddətlərdən istifadə etməyiblər və sonradan öz ölkələrinə qayıtmaq üçün Miqrasiya İdarəsinin müvəqqəti yaşayış məntəqəsinə yerləşdiriliblər. Gürcüstan qanunvericiliyinə görə, əcnəbilər ölkədə qeyri-qanuni olduqda, ölkədə qalmaları Gürcüstanda dövlət təhlükəsizliyinə və/və ya ictimai asayişə zidd olduqda, habelə Gürcüstan qanunvericiliyini sistematik şəkildə pozduqları və ya cinayət törətdikləri halda Gürcüstandan çıxarıla bilərlər. aia.az Tərcümə şöbəsi Geri dön |