Ana Sayfa > İqtisadiyyat > Müşahidə Şurasının tərkibi dəyişəcək - “Kapital Bank”da
Müşahidə Şurasının tərkibi dəyişəcək - “Kapital Bank”da9-02-2017, 12:08. Yazar: Sevinc |
Aprelin 4-də , saat 11.00-da İzmir Plazada (İzmir küçəsi, 23/25) “Kapital Bank”ın səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcək. Toplantıdakı əsas məsələ “Kapital Bank” ASC-nin Müşahidə Şurasının tərkibində dəyişikliklərin edilməsidir. Gündəlikdəki digər məsələlər isə aşağıdakılardır: - “Kapital Bank” ASC-nin nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi. - Səhmdarların ümumi yığıncağının çağırılması və keçirilməsi qaydalarının təsdiq edilməsi. - Hesablama komissiyası haqqında əsasnamənin təsdiq edilməsi. - “Kapital Bank” ASC-nin Müşahidə Şurasının əsasnaməsinə əlavə və dəyişikliklərin edilməsi. - “Kapital Bank” ASC-nin 2016-cı ilin yekunlarına dair maliyyə hesabatlarının təsdiq olunması. -“Kapital Bank” ASC tərəfindən 2016-cı ilin maliyyə ilinin yekunları- na əsasən səhmdarlara dividend ödənilməsi. (APA) Geri dön |