Ana Sayfa > Özəl > 40 şagird toyuq dönəri yedikdən sonra xəstəxanaya yerləşdirilib

40 şagird toyuq dönəri yedikdən sonra xəstəxanaya yerləşdirilib


Dünən, 22:53. Yazar: sevinc1
40 şagird toyuq dönəri yedikdən sonra xəstəxanaya yerləşdirilib

Batmanda 40 şagird yeməkxanada yedikləri toyuq dönərindən zəhərlənmə şübhəsi ilə xəstəxanaya aparılıb. Belde Məhəlləsindəki Raman Anadolu Liseyində 40-a yaxın şagirdin yeməkxanada yedikləri toyuq dönəri səbəbiylə xəstələndiyi iddia edilib. Ailələri ilə birlikdə Batman Təhsil və Araşdırma Xəstəxanasına müraciət edən tələbələr qida zəhərlənməsi şübhəsi ilə müalicə olunublar.

Tələbələrdən bəzilərinin müalicəsi bitdikdən sonra evə buraxılsa da, bəzilərinin müalicəsinin davam etdiyi bildirilib. Şagirdlərin səhhətinin yaxşı olduğu bildirilib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

aia.az
Tərcümə şöbəsi

Geri dön