Ana Sayfa > Gündəm > DİN Mehmanı məhkəməyə verdi - Həbsini istəyir
DİN Mehmanı məhkəməyə verdi - Həbsini istəyir9-02-2017, 12:06. Yazar: Sevinc |
Daxili İşlər Nazirliyi bloqqer Mehman Hüseynovun həbsi üçün məhkəməyə müraciət edib. Bu barədə vəkil Elçin Sadıqov məlumat verib. E.Sadıqov bildirib ki, nazirlik M.Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib: “Şikayət Suraxanı Rayon Məhkəməsinin hakimi Ceyhun Qədimovun icraatındadır”. Vəkil “Qafqazinfo”ya açıqlamasında bildirib ki, DİN M.Hüseynovun Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148 –ci (təhqir) maddələri ilə ittiham olunmasını istəyib. Məhkəmə hazırlıq iclası fevralın 10-na təyin olunub. Vəkil qeyd edib ki, şikayət ərizəsi onlara verilmədiyi üçün iclasın təxirə salınmasını istəyəcək. Geri dön |