Ana Sayfa > Karusel / Ölkə > "Diqlas"ın yerində yeni ticarət mərkəzi tikiləcək
"Diqlas"ın yerində yeni ticarət mərkəzi tikiləcəkDünən, 11:32. Yazar: sevinc1 |
![]() Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 239 ünvanında (əvvəllər “Diqlas” ticarət mərkəzinin yerləşdiyi ərazidə) yeni ticarət mərkəzinin tikintisi nəzərdə tutulur. Bu barədə aia.az-a Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib. Qeyd edilib ki, 10 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən qeyd olunan ünvanda ümumi sahəsi 3200 m² olan 5 mərtəbəli qeyri-yaşayış təyinatlı ticarət kompleksinin tikintisinə icazə verilib. Xatırladaq ki, 2019-cu ildə "Diqlas" ticarət mərkəzində güclü yanğın baş verib. Yanğından sonra ticarət mərkəzi sökülüb. aia.az Geri dön |