Ana Sayfa > Ölkə > Cinayətdə şübhəli bilinən 54 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 54 nəfər saxlanıldı


Dünən, 10:23. Yazar: sevinc1
Cinayətdə şübhəli bilinən 54 nəfər saxlanıldı

Mayın 15-də ölkə ərazisində qeydə alınan 59, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 89, o cümlədən borclu şəxs qismində axtarışda olan 66 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 36, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 18 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.

aia.az
Geri dön