Ana Sayfa > Gündəm > Əfv Komissiyasının sonuncu iclası keçiriləcək
Əfv Komissiyasının sonuncu iclası keçiriləcəkDünən, 09:47. Yazar: sevinc1 |
![]() Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün sayca 7-ci iclası keçiriləcək. aia.az xəbər verir ki, bu barədə Report-a Əfv Komissiyasının üzvü, deputat Fazil Mustafa məlumat verib. O bildirilib ki, bu gün komissiyanın bu il üçün sonuncu iclası keçiriləcək: İclasda komissiyaya daxil olan yeni müraciətlərə baxılaraq yekun vurulacaq. Müsbət rəy verilənlərin siyahısı ölkə Prezidentinə təqdim ediləcək". Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının 2025-ci il üzrə 6 iclası olub və 700-dən çox müraciətə baxılıb. Xatırladaq ki, Əfv Məsələləri Komissiyasının iclaslarının nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir. Geri dön |