Ana Sayfa > Ölkə > Bəzi dağ çaylarından sel keçəcək
Bəzi dağ çaylarından sel keçəcəkDünən, 09:37. Yazar: sevinc1 |
![]() Bəzi çaylarda sululuq artıb. Bu barədə aia.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 35 sm, Katexçayda 19 sm, Kiçik Qafqaz ərazisindən axan Zəyəmçayda 7 sm, Əsrikçayda 3 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Bərgüşadçayda 9 sm, Tərtərçayda 2 sm, Lənkəran-Astara bölgəsindən axan Lənkərançayda 6 sm artım qeydə alınıb. Transsərhəd çay olan Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 26 sm artıb, su sərfi 763 m3/san olmaqla normanın 102%-ni, Qanıx-Cəlayir məntəqəsində isə suyun səviyyəsi 46 sm artıb, su sərfi 339 m3/san olmaqla normanın 167%-ni təşkil edir. Yaxın günlərdə gözlənilən yağıntılar ilə əlaqədar çaylarda yüksək sululuğun davam edəcəyi, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var. aia.az Geri dön |