Ana Sayfa > Özəl > Szijarto Brüsseli danışıqlara müdaxilə etməməyə çağırıb
Szijarto Brüsseli danışıqlara müdaxilə etməməyə çağırıbBu gün, 12:55. Yazar: sevinc1 |
![]() Macarıstanın xarici işlər naziri Peter Szijarto Aİ liderlərini Rusiya və Ukrayna arasında İstanbulda aparılan danışıqlara müdaxilə etməməyə çağırıb. O, həmçinin Ukrayna münaqişəsinin həlli üçün bu görüşün uğurlu olacağına ümid etdiyini bildirib. NATO xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü üçün Antalyaya gələn Szijarto qeyd edib ki, indi “dünya başqa bir türk şəhərini – İstanbulu seyr edir, burada birbaşa Rusiya-Ukrayna danışıqları başlayır”. "Biz ümid edirik ki, hər iki tərəf razılığa gəlməyə açıq olacaq və biz gözləyirik ki, Brüssel Rusiya-Ukrayna sülh və ya ən azı atəşkəs haqqında razılaşmanın əldə olunmasına mane ola biləcək heç bir addım atmayacaq", - Sijarto Facebook-da yazıb (Rusiyada qadağan olunub, Meta korporasiyasına məxsusdur, Rusiya Federasiyasında ekstremist kimi tanınıb). Macarıstan hökuməti əvvəllər dəfələrlə Aİ liderlərinin sülhə nail olmaq səylərini dəstəkləməkdənsə, Ukraynada hərbi münaqişəni davam etdirməyə çalışmalarından təəssüfləndiyini bildirib. aia.az Tərcümə şöbəsi Geri dön |