Ana Sayfa > Özəl > Boğaziçi Universitetində etiraz aksiyalarında həbs olunanlar var

Boğaziçi Universitetində etiraz aksiyalarında həbs olunanlar var


Dünən, 21:42. Yazar: sevinc1
Boğaziçi Universitetində  etiraz aksiyalarında həbs olunanlar var
Boğaziçi Universitetində keçirilən etiraz aksiyaları zamanı saxlanılan 15 nəfərdən 6-sı həbs edilib. 9 nəfər xaricə çıxışına və müqavilə imzalanmasına qadağa qoyulması şəklində məhkəmə nəzarəti qərarı ilə azadlığa buraxılıb. Universitetin Şimal şəhərciyində toplaşaraq bir tələbə klubunun fəaliyyətinin qarşısını almaq üçün hərəkətə keçən Çevik Hücum Şöbəsi qruplarına hücum etdikləri səbəbiylə nəzarətə alınan 97 şübhəlinin polis bölməsindəki əməliyyatları tamamlanıb.
Şübhəlilərdən 82-si əməliyyatlardan sonra sərbəst buraxılarkən, 15-i ədliyyəyə sövq edildi.

Prokurorluqda ifadələri alınan 15 şübhəli “vəzifəsinin icrasına mane olmaq üçün müqavimət göstərmək” ittihamı ilə həbs tələbi ilə Sülh Məhkəməsinə göndərilib.

Şübhəlilərdən 6-nın həbsinə qərar verən hakimlik, 9 şübhəlinin "ölkədən çıxışa qadağa" və "imza atma" kimi hökmləri ehtiva edən məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılmasına qərar verib.

İstanbul Qubernatorluğu dünən Boğaziçi Universitetinin Şimali Kampusunda toplaşaraq tələbə klubunun fəaliyyətinin qarşısını almaq üçün hərəkətə keçən qrupun Çevik Hücum Şöbə Müdirliyi qruplarına hücum etdiyini açıqlayıb.

Açıqlamada hücumda 13 polisin yüngül yaralandığı, hadisələr zamanı 97 nümayişçinin nəzarətə alındığı bildirilib.


aia.az
Tərcümə şöbəsi
Geri dön