Ana Sayfa > Ölkə > Qarbağda beynəlxalq arxeoloji ekspedisiyalar fəaliyyət göstərəcək

Qarbağda beynəlxalq arxeoloji ekspedisiyalar fəaliyyət göstərəcək


Dünən, 18:00. Yazar: sevinc1
Qarbağda beynəlxalq arxeoloji ekspedisiyalar fəaliyyət göstərəcək

Azad edilmiş ərazilərdə beynəlxalq arxeoloji ekspedisiyalar fəaliyyət göstərəcək.

aia.az xəbər verir ki, bunu Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev institutda keçirilən “Azərbaycanda arxeoloji və antropoloji tədqiqatlar: nəticələr və perspektivlər” mövzusunda elmi sessiyada deyib.

Onun sözlərinə görə, bu məsələ qarşıda duran əsas vəzifələrdən biridir:

"Qarabağda arxeoloji tədqiqatlar əsasən Xocalı tunc dövrü “Kurqan çölü” və nekropolu, Ağdam şəhərindəki İmarət kompleksi, Üzərliktəpə Orta Tunc dövrü yaşayış məskəni, Azıx- Tağlar paleolit abidələri, Füzuli kurqanları və Zəngilan rayonundakı Şəhri şərifan orta əsr şəhər yeri – istiqamətləri üzrə aparılacaq. Xüsusi olaraq Qafqaz Albaniyasının maddi mədəni irsinin öyrənilməsi ayrıca bir istiqaməti təşkil edir".

aia.az
Geri dön