Ana Sayfa > Ölkə > Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb
Xaçmazda avtomobil piyadanı vuraraq öldürübBu gün, 17:35. Yazar: sevinc1 |
![]() Xaçmaz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. aia.az xəbər verir ki, Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonu Nərəcan kəndindən keçən hissəsində "Hyundai" markalı avtomobil hərəkətdə olan zaman digər avtomobilin arxasından qəfil çıxan piyada Məcidov Turan Məmməd oğlunu vurub. Ağır xəsarətlər alan piyada xəstəxanaya aparılsa da, yolda ölüb. Qeyd edək ki, T.Məcidov Nərəcan kənd tam orta məktəbinin 11-ci sinifində oxuyurdu. Faktla bağlı araşdırma aparılır. aia.az Geri dön |