Ana Sayfa > Özəl > Ankara Rusiya və Ukrayna arasında gərginliyin azalacağına ümid edir

Ankara Rusiya və Ukrayna arasında gərginliyin azalacağına ümid edir


Bu gün, 15:12. Yazar: sevinc1
Ankara Rusiya və Ukrayna arasında  gərginliyin azalacağına ümid edir

Türkiyə parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri Fuat Oktay bildirib ki, Ankara Rusiya və Ukrayna arasında danışıqlarda gərginliyin azaldılmasına ümid edir. Bu barədə RİA Novosti məlumat yayıb. Rusiya prezidenti Vladimir Putin mayın 11-də gecə çıxışı zamanı Ukraynaya İstanbulda birbaşa danışıqları bərpa etməyi təklif edib. Onun sözlərinə görə, dialoq ilkin şərt olmadan mayın 15-də başlaya bilər.

Rusiya lideri vurğulayıb ki, bu danışıqların əsas məqsədi münaqişənin köklü səbəblərini aradan qaldırmaq, həmçinin “tarixi perspektiv” üçün uzunmüddətli sülhün bərqərar olmasıdır.
Ukrayna prezidenti Vladimir Zelenski bu təklifə ultimatumla cavab verib. O, mayın 15-də İstanbulda Putinlə şəxsən görüşməyə hazır olduğunu, ancaq Rusiyanın tam atəşkəslə razılaşması şərti ilə deyib

aia.az
Tərcümə şöbəsi
Geri dön