Ana Sayfa > Özəl > İsrail bütün gecə Qəzzaya hücum etdi!
İsrail bütün gecə Qəzzaya hücum etdi!Bu gün, 08:37. Yazar: sevinc1 |
![]() İsrailin bir gecədə Qəzzaya təşkil etdiyi hücumlarda aralarında uşaq və qadınların da olduğu 51 fələstinli həlak olub Beynəlxalq ictimaiyyətin reaksiyalarına baxmayaraq Qəzza zolağında qətliamlarını davam etdirən İsrail ordusu gecə yarısından etibarən yenidən bölgəni qana buladı. Yerli hakimiyyət orqanlarından əldə edilən məlumata görə, Cibaliye Qaçqınlar Düşərgəsi və ətrafında mülki şəxslərə məxsus ev və çadırlara qarşı ən azı 4 hücum təşkil edilib. Bu hücumlarda ən azı 51 nəfərin öldüyü bildirilir. Xan Yunis şəhərində çadıra pilotsuz təyyarənin hücumu nəticəsində eyni ailədən 4 nəfərin həyatını itirdiyi də bildirilib. Hücumlarda çoxlu mülki vətəndaşın yaralandığı və ölənlərin sayının arta biləcəyi bildirilib. Martın 18-də İsrail Qəzza zolağında atəşkəsi birtərəfli qaydada pozduqdan sonra İsrail ordusu bölgədə qırğınlarını yenidən gücləndirib. Fələstin Səhiyyə Nazirliyindən verilən son açıqlamada İsrailin 7 oktyabr 2023-cü ildən bu yana həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayının 52 min 908, yaralananların sayının isə 119 min 721 nəfərə çatdığı bildirilib. aia.az Tərcümə şöbəsi Geri dön |