Ana Sayfa > Media / Karusel > Qızıl hamburger - 63 dollara
Qızıl hamburger - 63 dollara8-02-2017, 20:39. Yazar: admin |
Dubayda 63 dollara qızıl hamburger təqdim olunub. Aia.Az Trend-ə istinadən xəbər verir ki, hamburger Dubayda keçirilən "Eat The World DXB" qida festivalında hazırlanıb. Yeməli qızıldan olan hamburgerin tərkibində mal ətindən 5 mərmər kotlet, trüfelli pendir, fua-qra, zəfəranlı mayonez, böyürtkənli ketçup var. Hamburgeri 24 karat yeməli qızıldan olan yarpaq tamamlayır. Bu bahalı hamburgerə Dubayda yerləşən və dünyanın ən hündür tikilisi olan "Bürc-Xəlifə" göydələninin adı verilib. aia.az Geri dön |