Ana Sayfa > Ölkə > Sinəsinə armatur batan şəxs xəstəxanada öldü

Sinəsinə armatur batan şəxs xəstəxanada öldü


Bu gün, 13:39. Yazar: sevinc1
Sinəsinə armatur batan şəxs xəstəxanada öldü

Ağdam şəhərində iş qəzası zamanı xəsarət alan şəxs xəstəxanada ölüb.

aia.az "Report"a istinadən xəbər verir ki, hadisə zamanı fəhlənin sinəsinə armatur batıb. Yaralı Sənan Mustafayev Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.

Yaralının xilas edilməsi məqsədilə diaqnostika mərkəzinə FHN-nın xüsusi riskli xilasetmə qrupu da cəlb olunub.

Yaralı Bərdə Mərkəzi Xəstəxanasında əməliyyata götürülüb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb

aia.az
Geri dön