Ana Sayfa > Özəl > Zelenski yeraltı sərvətlərə dair sazişin ratifikasiyası haqqında qanunu imzalayıb

Zelenski yeraltı sərvətlərə dair sazişin ratifikasiyası haqqında qanunu imzalayıb


Dünən, 21:49. Yazar: sevinc1
Zelenski yeraltı sərvətlərə dair sazişin ratifikasiyası haqqında qanunu imzalayıb

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-Ukrayna yerin təki sazişini ratifikasiya edən qanunu imzalayıb. Bu barədə Ali Radanın Teleqram kanalında məlumat verilib.

“Zelenski “Ukrayna hökuməti ilə ABŞ hökuməti arasında Amerika-Ukrayna investisiyalarının bərpası fondunun yaradılması haqqında sazişin ratifikasiyası haqqında” qanunu imzalayıb”, - məlumatda deyilir. Bundan bir qədər əvvəl Radanın deputatı Yaroslav Jeleznyak Ukrayna parlamentinin müqavilənin ratifikasiyasını dəstəklədiyini bildirmişdi.

Aprelin 30-da ABŞ və Ukrayna mineral ehtiyatlara dair saziş imzalayıblar. Sənəd hasilat sənayesində birgə layihələr üçün investisiya fondunun yaradılmasını nəzərdə tutur: Ukraynanın neft, qaz və digər mühüm resursların yataqlarının işlənməsi və istismarı planlaşdırılır. Fond paritet əsaslarla idarə olunacaq.

aia.az
Tərcümə şöbəsi
Geri dön