Ana Sayfa > Özəl > Almaniya Rusiyanı yeni sanksiyalarla hədələyib
Almaniya Rusiyanı yeni sanksiyalarla hədələyibBu gün, 16:42. Yazar: sevinc1 |
![]() Almaniya Avropadakı müttəfiqləri ilə birlikdə mayın 12-nin sonunadək atəşkəs rejimini tətbiq etməkdən imtina edərsə, Rusiyaya qarşı sanksiyalar tətbiq edə bilər.Bunu Almaniya hökumətinin nümayəndəsi Stefan Kornelius deyib, Berliner Zeitung qəzeti yazır. “Saat işləyir, günün sonuna 12 saat qalıb və həmin vaxta qədər atəşkəs əldə olunmasa, Avropa tərəfi sanksiyalara hazırlaşmağa başlayacaq. Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov atəşi dayandırmaq üçün Rusiya və Ukrayna arasında birbaşa danışıqlara ehtiyac olduğunu bildirib. O əlavə edib ki, bu məsələyə sadələşdirilmiş yanaşma Rusiya tərəfi üçün qəbuledilməzdir. Mayın 12-də Almaniyanın xarici işlər naziri Johann Wadephul atəşkəs elan olunmayacağı təqdirdə Almaniyanın Ukraynaya silah tədarükünü davam etdirəcəyini bildirib. aia.az Tərcümə şöbəsi Geri dön |