Ana Sayfa > Siyasət > Məsafələr prioritetləri dəyişmir
Məsafələr prioritetləri dəyişmirDünən, 15:32. Yazar: azer |
![]() Uzaq Şərq ölkəsi olan Vyetnam Sosialist Respublikası ilə ölkəmiz arasında qarşılıqlı dost münasibətlərinin tarixi 1959-cu ilə dayanır. Həmin il Prezident Ho Şi Minin Azərbaycana səfəri ilə başlayan bu münasibətlər sonradan Ümummmilli lider Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olarkən daha da inkişaf etdirilmişdir. Ulu Öndərin 1983-cü ildə bu ölkəyə səfəri iki ölkə arasında gələcəkdə dostluq münasibətlərinin inkişafı üçün təməl rolu oynamışdır. Azərbaycan Respublikası müstəqilliyini elan etdikdən sonra diplomatik münasibətlərin qurulması, bir sıra sahələrdə əməkdaşlıq sazişlərinin bağlanması, dövlət rəsmilərinin qarşılıqlı səfərləri iki dövlət arasında münasibətlərdə yeni səhifə açmaqla əlaqələrin gələcək inkişafına təkan vermişdir. Cənab Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama, 2014-cü ildə ölkənizə dövlət səfərim və 2015-ci ildə Vyetnam Sosialist Respublikasının Prezidenti cənab Çıonq Tan Şanqın Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində rəsmi şəxslərlə yanaşı, neft-qaz, energetika, inşaat, informasiya-kommunikasiya, maliyyə, sənaye, ticarət, turizm, nəqliyyat, əczaçılıq və digər sahələrin işgüzar dairələrinin iştirakı ilə Birinci Azərbaycan-Vyetnam biznes forumu keçirilmişdir. 7 may 2025-ci ildə Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri, səfər çərçivəsində bir sıra sazişlərin, o cümlədən Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatın imzalanması mühüm əhəmiyyət kəsb etmişdir. Səfərin yekunlarına dair hər iki Qoşulmama Hərəkatı kimi nüfuzlu bir təşkilatın üzvü olan hər iki dövlət rəsmisinin birgə Bəyanatından göründüyü kimi tərəflər bu sənədləri gələcək münasibətlərin inkişafında yeni mərhələ adlandırmışlar. Ölkəmizin başçısı cənab İlham Əliyev mətbuata bəyanatında demişdir: “Bu, əslində, Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıran bir sənəddir. Əminəm ki, artıq bu yüksək səviyyəli münasibətlər gələcək ikitərəfli əməkdaşlıq üçün də ən vacib rol oynayacaqdır. Gördüyünüz kimi, bu gün imzalanmış sənədlər arasında bir çox istiqamətlər üzrə sənədlər var. Bu gün apardığımız danışıqlar və əldə edilmiş razılaşmalar deməyə əsas verir ki, biz qarşılıqlı əməkdaşlıq istiqaməti üzrə çox ciddi addım atmışıq. Vyetnam Kommunist Partiyasının Baş katibinin Azərbaycana dövlət səfəri çərçivəsində bu sənədlərin imzalanması, əlbəttə ki, onların əhəmiyyətini daha da artırır.” Energetika, mədəniyyət, müdafiə sənayesi, ticarət sahəsində əməkdaşlıq sazişlərinin imzalanması iki ölkənin maraqlarına tam uyğundur və gələcəkdə daha geniş spektrdə əməkdaşlıq imkanları da mövcuddur. Cənab Prezident İlham Əliyevin xarici siyasətdə və əməkdaşlıqda prioritet elan etdiyi qarşılıqlı hörmət və bərabərlik prinsipinə söykənən sənədlərin imzalanması Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasətin davamı kimi qiymətlənbdirilməlidir. Ölkəmizin başçısı bəynatında müdafiə sənayesi sahəsində çox böyük perspektivlər olduğunu qeyd edərək hər iki ölkədə sənayenin bu istiqamətinin kifayət qədər inkişaf etdiyini, bu sahədə səylərin birləşdirilməsinin, birgə müəssisələrin yaradılmasının və qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin fayda gətirəcəyini diqqətə çatdırmışdır. Beynəlxalq hüququn aliliyi haqqında fikir mübadiləsi aparıldığını qeyd edən cənab Prezident və burada da heç bir fikir ayrılığnın olmamasından məmnun qaldığını qeyd edərək bildirmişdir: “bir çox istiqamətlər üzrə apardığımız müzakirələr əsnasında görürük ki, fikir ayrılığı yoxdur. Əksinə, biz demək olar ki, vahid mövqedən çıxış edirik. Baxışlarımızda da bir çox oxşarlıq var. Baxmayaraq ki, aramızdakı məsafə kifayət qədər uzundur, bizi birləşdirən nəqliyyat infrastruktur layihələri haqqında da bu gün danışdıq. Biz həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizləri vasitəsilə qarşılıqlı ticarəti stimullaşdıra bilərik. Bir sözlə, əminəm ki, səfərin çox gözəl nəticələri olacaq.” Cənab Prezidentin Bəyanatı onu göstərmişdir ki, düşünülmüş və hədəfləri dəqiq müəyyən olunmuş siyasətdə məsafələr prioritetləri dəyişmir, əksinə daha sağlam təməl üzərində inkişafa yol açır. İlqar Kərimov, YAP Tovuz Rayon Təşkilatının sədr müavini Geri dön |