Ana Sayfa > Parlament > Azərbaycan və Efiopiya parlamentarilərinin onlayn görüşündə

Azərbaycan və Efiopiya parlamentarilərinin onlayn görüşündə


Dünən, 15:19. Yazar: azer
Azərbaycan və Efiopiya parlamentarilərinin onlayn görüşündə

Mayın 12-də Azərbaycan və Efiopiya parlamentlərinin qarşılıqlı dostluq qrupları arasında onlayn görüş keçirilib.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Onlayn görüşdə Milli Məclisin Efiopiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Vəliyeva çıxış edərək iştirakçıları salamlayıb, Milli Məclisin Efiopiya ilə parlamentlərarası əlaqələrin inkişafına önəm verdiyini bildirib. O, ölkələrimiz arasında əlaqələrin dərinləşməsində dostluq qruplarının rolundan danışıb, bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikirlərini bölüşüb.
Görüşdə Efiopiya Parlamenti Xalq Nümayəndələr Palatasının Efiopiya-Azərbaycan parlament, diplomatiya və dostluq qrupunun rəhbəri xanım Bethelhem Lakyu Sisay Efiopiyanın Azərbaycanla müxtəlif sahələrdə, o cümlədən parlamentlər arasında qarşılıqlı əlaqələrin və əməkdaşlığın dərinləşməsində maraqlı olduğunu deyib, parlament əlaqələrinin iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsində əhəmiyyətindən danışıb.
Sonra görüş parlamentlərarası əlaqələrimizin mövcud durumu, inkişaf perspektivləri və tərəfləri maraqlandıran digər məsələlərlə bağlı fikir mübadiləsi ilə davam etdirilib.
Videokonfransda Milli Məclisin deputatları Bəhruz Məhərrəmov, Zaur Şükürov, efiopiyalı parlamentarilər və digər rəsmi şəxslər iştirak ediblər.
Geri dön