Ana Sayfa > Manşet / Siyasət > Eltun Süleymanov: "Ağdamda Muğam Mərkəzinin açılışı qürurla xatırlanacaq hadisədir"
Eltun Süleymanov: "Ağdamda Muğam Mərkəzinin açılışı qürurla xatırlanacaq hadisədir"Bu gün, 10:51. Yazar: azer |
![]() 2025-ci ilin 10 may tarixində, Ağdam şəhərində Muğam Mərkəzinin açılışı oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər. Bu mərkəz, Azərbaycanın zəngin mədəni irsinin bir parçası olan muğam sənətinin təbliği və inkişafı məqsədilə inşa edilib. Ümumi sahəsi 1,4 hektar olan mərkəzin birinci mərtəbəsində kafe, kinozal, kitabxana və iki rəqs zalı yaradılıb. Buradakı 507 yerlik konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam gecələri təşkil etmək üçün hərtərəfli şərait var. İkinci mərtəbədə inzibati otaqlar yerləşir. Mərkəzdə 14 dərs otağı, sərgi salonu, iclas zalı, müəllimlər otağı və digər otaqlar fəaliyyət göstərəcək. Ağdam Muğam Mərkəzinin ərazisində 1250 kvadratmetrlik açıq amfiteatr da inşa edilib. Tikinti-quraşdırma işləri artıq yekunlaşmaq üzrədir. Hazırda tamaşa zalında, binanın çöl hissəsində son tamamlama işləri görülür, müvafiq avadanlıq və mebellər quraşdırılır. Bu sözləri aia.az-a açıqlamasında ictimai fəal Eltun Süleymanov deyib. Müsahibimiz bildirib ki, muğamın təbliği və inkişafı istiqamətində dövlətimiz tərəfindən son illərdə görülən işlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Fondun həyata keçirdiyi layihələrin nəticəsidir ki, Azərbaycan muğamı UNESCO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri” siyahısına salınıb. Cənab Prezident İlham Əliyev açılış zamanı bu günün tarixi və simvolik əhəmiyyətinə toxunaraq dedi: “Azad edilmiş bütün torpaqlarda geniş quruculuq, bərpa işləri aparılır. İşğal dövründə Ermənistan dövləti məqsədyönlü siyasət apararaq bütün şəhər və kəndlərimizi yerlə-yeksan etmişdir. Buraya və azad olunmuş digər bölgələrə səfər edən xarici qonaqlar öz təəccübünü və bir çox hallarda hiddətini gizlədə bilmirlər. Onlara başa salanda ki, bu dağıntılar müharibə zamanı yox, atəşkəs zamanı törədilmişdir, əlbəttə ki, erməni faşizminin eybəcər sifəti açıq-aydın görünür. Bizə qarşı soyqırımı törədilmişdir, bizə qarşı urbisid törədilmişdir, ekosid törədilmişdir. Erməni faşizmi bu bölgəni daim işğal altında saxlamaq istəyirdi və əfsuslar olsun ki, onların arxasında duran bəzi xarici dövlətlər onlarla həmrəy idi. Açıq olmasa da, gizli kanallarla onlara verilən mesajlar ondan ibarət idi ki, Azərbaycan cürət edib heç vaxt azadlıq müharibəsinə başlamayacaq, biz sizin arxanızdayıq, biz sizə dəstək olacağıq, sizə silah veririk, mənəvi dəstək veririk, sizin üçün mənəvi dayağıq. Bütün bu amillər Ermənistanı faktiki olaraq öz işğalçılıq siyasətində daha da gücləndirirdi. Ancaq onlar bir şeyi hesablaya bilməmişlər: o da Azərbaycan xalqının iradəsi, milli ruhu, xalqımızın əyilməz ruhu və bu torpağa olan bağlılığımız. İşğal dövründə - 30 il ərzində biz hər gün bu müqəddəs azadlıq gününü yaxınlaşdırırdıq. Hər birimiz öz iş yerində vahid amal uğrunda birləşərək, azadlıq üçün, azadlıq müharibəsi üçün yorulmadan çalışırdıq. Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır". Bu sözlər tarixi gerçəkliyi əks etdirir. Ağdamın dirçəlişinin inkişaf tempini göstərir. simvolik əhəmiyyətini bir daha vurğulayır. Eyni gün, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonunun Kəngərli kəndinə də səfər etdilər. Kəngərli kəndi, 30 il işğal altında qalan Ağdamın bir parçası olaraq, bu gün yenidən həyat tapır. Kəndin birinci mərhələsində 292 fərdi ev tikilib, məktəb, bağça, tibb məntəqəsi, bazar və bütün infrastruktur təmin olunub. Həyətyanı torpaq sahələri və əkin üçün ayrılan yerlər sakinlərin burada həyatlarını dolğun qurmasına şərait yaradır. Cənab Prezident İlham Əliyev burada çıxışında vurğuladı: "Siz uzun illər ağır şəraitdə yaşamısınız... Bu gün isə gözəl kəndin timsalında yeniləşən Azərbaycanı görürük, bərpa olunan Qarabağı görürük. Göstəririk ki, bu torpaqların sahibi həmişə biz olmuşuq." Bu sözlər, tarixi ədalətin bərpasının və xalqın öz torpağına qayıdışının simvoludur-deyə E. Süleymanov fikrini yekunlaşdırıb. Geri dön |