Ana Sayfa > Siyasət > Azərbaycan-Vyetnam münasibətləri yeni mərhələyə keçid edir

Azərbaycan-Vyetnam münasibətləri yeni mərhələyə keçid edir


Bu gün, 10:15. Yazar: azer
Azərbaycan-Vyetnam münasibətləri yeni mərhələyə keçid edir

Azərbaycan və Vyetnam arasındakı münasibətlər son illərdə əhəmiyyətli dərəcədə inkişaf etmişdir və bu əlaqələr müxtəlif sahələrdə daha da möhkəmlənməkdədir. 2024-cü ilin oktyabr ayında keçirilən BRICS+ sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Vyetnamın Baş naziri Pham Minh Chinh arasında keçirilən görüşdə iki ölkə arasında ənənəvi dostluq və əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədilə iqtisadi, ticarət, elmi-texniki, kənd təsərrüfatı, turizm və regional əməkdaşlıq sahələrində birgə fəaliyyətin artırılması qərara alındı.
İqtisadi sahədə əməkdaşlıq önəmli inkişaf mərhələsinə çatmışdır. 2023-cü ilin yanvar-sentyabr ayları ərzində iki ölkə arasında ticarət dövriyyəsi 347 milyon ABŞ dolları təşkil etmişdir. Bu rəqəm, 2019-cu ildəki 140 milyon dollardan əhəmiyyətli dərəcədə artım göstərir. Əsas ixrac məhsulları arasında Azərbaycan tərəfindən Vyetnama pambıq, ipək, dərzi malları və çay, Vyetnam tərəfindən isə Azərbaycana hazır geyim, ayaqqabı və tropik meyvələr yer alır. Həmçinin, hər iki ölkə arasında kənd təsərrüfatı sahəsində birgə müəssisələrin yaradılması istiqamətində müzakirələr aparılır.
Mədəniyyət sahəsində də əməkdaşlıq inkişaf etməkdədir. Hər iki ölkə arasında musiqi və folklor sahələrində oxşarlıqlar mövcuddur və bu sahələrdə qarşılıqlı maraq artır. Məsələn, 2017-ci ildə keçirilən "Azərbaycan və Vyetnam mədəniyyətlərinin paralelləri" mövzusunda keçirilən konfransda hər iki ölkənin musiqi və rəqs ənənələrinin oxşarlıqları müzakirə edilmişdir. İki ölkə arasında əməkdaşlıq təhsil sahəsində də uzun illərdir mövcuddur. Vyetnamlı tələbələr Azərbaycanda neft və qaz, rabitə və dənizçilik sahələrində təhsil almış və bu sahələrdə mütəxəssis kimi fəaliyyət göstərirlər. Həmçinin, Azərbaycan Vyetnamın müxtəlif sahələrdə mütəxəssis hazırlığında dəstək göstərir. Xüsusi olaraq qeyd etmmək lazımdır ki, Prezident İlham Əliyevin 2014-cü ildə Hanoya səfərim zamanı Azərbaycan ali məktəblərinin vyetnamlı məzunları ilə görüş oldu, onlar ölkəmiz və burada keçirdikləri illərlə bağlı səmimi sözlər ifadə etdilər. 2015-ci ildə Hanoyda Azərbaycan ali məktəblərinin məzunlarını birləşdirən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası təsis edildi. Bütün bunlar əlaqələrimizin daha da inkişaf edəcəyinin göstəricisidir.
Azərbaycan və Vyetnam arasında 2010-cu ildə diplomatik və xidməti pasport sahibləri üçün viza tələbinin aradan qaldırılması barədə saziş imzalanmışdır. Bu, iki ölkə arasında diplomatik əlaqələrin daha da möhkəmlənməsinə və qarşılıqlı səfərlərin asanlaşmasına şərait yaratmışdır. Azərbaycan və Vyetnam arasında münasibətlər müxtəlif sahələrdə davamlı inkişaf edir. İki ölkə arasında siyasi, iqtisadi, mədəni və təhsil sahələrində əməkdaşlıq möhkəmlənməkdədir və gələcəkdə bu əlaqələrin daha da genişlənməsi gözlənilir.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri.

Geri dön