Ana Sayfa > Ölkə > 12 min manatlıq kommunikasiya naqillərini oğurlayanlar tutuldu
12 min manatlıq kommunikasiya naqillərini oğurlayanlar tutulduBu gün, 09:50. Yazar: sevinc1 |
![]() Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Alıcanlı, Dəliquşçu, Otmanoba, Hüseynxanlı, Xanməmmədli və Gödəkqobu kəndləri ərazilərində rabitə dirəklərindən keçən naqilləri oğurlayan Təbriz Mahmudov, Saməddin Kərimov və qardaşı Əvəzxan saxlanılıblar. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan aia.az-a verilən məlumata görə, onların 6 kənd ərazisində yerləşən rabitə dirəklərindən 12000 manat dəyərində 2720 metr kommunikasiya naqillərini kəsərək əlvan metalları metal qəbulu məntəqələrindən birinə satdıqları müəyyən edilib. Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır. aia.az Geri dön |