Ana Sayfa > Manşet / Siyasət > Azərbaycan bütün dövlətlər üçün ən etibarlı tərəfdaşdır
Azərbaycan bütün dövlətlər üçün ən etibarlı tərəfdaşdırDünən, 11:50. Yazar: azer |
![]() Azərbaycanla digər qitələrdə yeləşən dövlətlərin də ikitərəfli münasibətləri var. Bu münasibətlər bütün sahələr üzrə genişlənməkdədir. Bu münasibətlər dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri ilə də yüksəlir. Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın mayın 7-də Azərbycana rəsmi səfəri də bu baxımdan diqqəti çəkir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mətbuata müsahibəsi də bu fikirlərin təsdiqidir. Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatın çox ciddi siyasi sənəd olduğunu xatırladan, bu yüksək səviyyəli münasibətlərin gələcək ikitərəfli əməkdaşlıq üçün də ən vacib rol oynayacağına əminliyini bildirən dövlət başçımız müsahibədə dedi: “Bu gün bu və digər istiqamətlər üzrə məsələlər geniş müzakirə edildi. Energetika sahəsində imzalanmış sənədlər və apardığımız müzakirələr deməyə əsas verir ki, biz yaxın gələcəkdə bu sahədə əməkdaşlığımızı daha da genişləndirəcəyik. Bu gün bu əməkdaşlıq var və daha çox ticarət əməkdaşlığı formasında aparılır. Ancaq qarşılıqlı sərmayə qoyuluşu məsələləri də müzakirə edildi. Həm Vyetnam şirkətlərinin Azərbaycana, həm də Azərbaycanın neft şirkətinin Vyetnama sərmayə qoyuluşu məsələləri müzakirə olundu və göstəriş verildi ki, aidiyyəti qurumlar bu məsələlərlə bağlı konkret addımlar atsınlar. Hökumətlərarası Komissiyanın iclasının tezliklə keçirilməsi bu və digər istiqamətlər üzrə mümkün əməkdaşlığı daha da sürətləndirəcək. Komissiya iclası uzun illərdir ki, keçirilmir və əldə edilmiş razılaşma əsasında tezliklə Komissiyanın iclasının keçirilməsi məsələsi öz həllini tapıbdır”. Son vaxtlar Azərbaycana qarşı olan haqsızlıqları dünyanın dünyəvi dövlətləti bu və ya digər səviyyədə pisləmişdir. Siyasi dəstək dünya proseslərinin gedişinə həmişə təsir göstərib. Bu baxımdan Azərbaycanla Vyetnam arasında münasibətlər həmişə mübariz tərəfdaşlıq kimi tarixləşib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müsahibəsində dedi: “...biz demək olar ki, vahid mövqedən çıxış edirik. Baxışlarımızda da bir çox oxşarlıq var. Baxmayaraq ki, aramızdakı məsafə kifayət qədər uzundur, bizi birləşdirən nəqliyyat infrastruktur layihələri haqqında da bu gün danışdıq. Biz həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizləri vasitəsilə qarşılıqlı ticarəti stimullaşdıra bilərik. Bir sözlə, əminəm ki, səfərin çox gözəl nəticələri olacaq...” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müsahibəsində Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın öz vətəninə Azərbaycandan ən xoş təəssüratlarla qayıdacağını da bildirdi... Bu müsahibə də təsdiqlədi ki, Azərbaycan bütün dövlətlər üçün ən etibarlı tərəfdaşdır. Səbinə XASAYEVA, Milli Məclisin deputatı Geri dön |