Ana Sayfa > Manşet / Gündəm > Azərbaycanlı zəvvarlar üçün Həcc ziyarətinin vaxtı açıqlandı
Azərbaycanlı zəvvarlar üçün Həcc ziyarətinin vaxtı açıqlandıBu gün, 08:34. Yazar: sevinc1 |
![]() Azərbaycanlı zəvvarlar üçün Həcc ziyarətinin vaxtı açıqlanıb. aia.az Report-a istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri deyib ki, Həcc ziyarətinə ilk qrup mayın 25-də yola düşəcək. "Hər birində 25 olmaqla dörd heyətin, yəni 180 nəfərin ilk qrupun tərkibində Həccə gedəcəyi gözlənilir. Hər 44 nəfərə QMİ-nin bir əməkdaşı rəhbərlik edəcək", - o, bildirib. V.Cahangirinin sözlərinə görə, axırıncı qrup mayın 31-də yola düşəcək: “Əsas Həcc ayinləri iyunun 4-də olacaq. Zəvvarlar gedən kimi ilk ayinlər - Ümreyi Təməttö yerinə yetiriləcək. Sonra isə iyunun 4-nə qədər müstəqil ibadətlər nəzərdə tutulub”. Xatırladaq ki, QMİ-nin məlumatına görə, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. aia.az Geri dön |