Ana Sayfa > Özəl > Budur dünyanın ən xoşbəxt şəhərləri; 2025-ci il siyahısı açıqlanıb
Budur dünyanın ən xoşbəxt şəhərləri; 2025-ci il siyahısı açıqlanıbDünən, 19:44. Yazar: sevinc1 |
![]() Hər il nəşr olunan "Xoşbəxt Şəhər İndeksi" hesabatının 2025-ci il nəticələri açıqlanıb. Bildirilib ki, “Xoşbəxt Şəhər İndeksi” şəhərlərin idarəetmə, vətəndaş iştirakı, iqtisadiyyat, səhiyyə, ətraf mühit və nəqliyyat kimi sahələrdə fəaliyyətini qiymətləndirir. İndeksə görə; Kopenhagen canlı mədəniyyət, idarəetmə və iqtisadi fəaliyyət mərkəzi kimi meydana çıxdı. Şəhər ekoloji davamlılığa sadiqliyi ilə də diqqət çəkib. Siyahının ikinci pilləsində 993 xalla İsveçrənin Sürix şəhəri qərarlaşıb. Avropadan kənarda ən çox xal toplayan ölkə Sinqapur olub. Dördüncü şəhər də Danimarkada olan Orhus idi. Belçikanın Antverpen şəhəri 956 xalla beşinci yerdə qərarlaşıb. Cənubi Koreyanın paytaxtı Seul 942 xalla siyahıda altıncı yerdə qərarlaşıb. London Böyük Britaniyada ən çox xal toplayan şəhərdir, lakin ilk 20-yə daxil ola bilməyib Siyahıdakı digər şəhərlər xallarına görə ən yüksəkdən aşağıya doğru sıralanıb: Stokholm, İsveç Taypey, Tayvan Münhen, Almaniya Rotterdam, Hollandiya Vankuver, Kanada Vyana, Avstriya Paris, Fransa Helsinki, Finlandiya Aalborg, Danimarka Berlin, Almaniya Nyu York, ABŞ Drezden, Almaniya Brüssel, Belçika Cenevrə, İsveçrə aia.az Tərcümə şöbəsi Geri dön |