Ana Sayfa > İdman > “Azərbaycanda toyuq olduğunu düşünərək qurbağa yedim”

“Azərbaycanda toyuq olduğunu düşünərək qurbağa yedim”


8-02-2017, 12:40. Yazar: Sevinc
“Azərbaycanda toyuq olduğunu düşünərək qurbağa yedim”





Mövsümün gedişində "Neftçi"dən qovulan braziliyalı futbolçu Denilson Pereyra ölkəsinin mətbuatına açıqlama verib.

İspaniyanın "Qranada" klubundan "ağ-qaralar"a icarə əsasında gələn braziliyalı hücumçu ölkəmizdəki uğursuz karyerasından və başına gələn maraqlı hadisələrdən danışıb:

"Azərbaycanda futbol çıxış etdiyim digər ölkələrdən çox fərqlənirdi. Bu fərqə görə ora uyğunlaşmağa, oynamağa çətinlik çəkdim. Bir dəfə mən Azərbaycanda toyuq olduğunu düşünərək qurbağa əti yedim. "Qranada"nın B komandasından əsas komandaya yüksəlməyə hazırlaşırdım ki, həmin vaxt Azərbaycana köçdüm. "Neftçi" mənim keçidimdən öncə Avropa Liqası ilə vidalaşmışdı".

Qeyd edək ki, 21 yaşlı hücumçu hazırda ölkəsinin "Avay" klubunda icarə əsasında çıxış edir. (futbolxeber.az)
Geri dön