Ana Sayfa > İdman > 4 oyunçu dəyişikliyinə icazə verildi

4 oyunçu dəyişikliyinə icazə verildi


8-02-2017, 12:37. Yazar: Sevinc
4 oyunçu dəyişikliyinə icazə verildi




İlk dəfə futbol matçında bir komanda tərəfindən 4 əvəzetmə gerçəkləşib. Bu, Almaniya Kuboku çərçivəsində ötən gecə keçirilən "Arminya" - "Astoriya Valldorf" oyununda baş verib.

Belə ki, ikincilərin baş məşqçisi matçın 117-ci dəqiqəsində Markus Meyerin yerinə Benjamin Hofmannı daxil edib. Bununla da "Astoriya Valldorf" 4 əvəzetmədən istifadə edən ilk komanda olub. "Arminya" isə oyunun 120-ci dəqiqəsində yenilikdən istifadə edib.

Qeyd edək ki, Almaniya Futbol Federasiyası 2 ay əvvəl əlavə hissələr oynanılan matçlarda əvəzetmələrin sayını 4-ə çıxarıb. (FUTBOL11.AZ)
Geri dön