Ana Sayfa > Ölkə > Gədəbəydə Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilən “Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu və memarıdır” mövzusunda dəyirmi masa keçirilib.
Gədəbəydə Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilən “Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu və memarıdır” mövzusunda dəyirmi masa keçirilib.Bu gün, 13:57. Yazar: azer |
![]() 07 may 2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının Şəhər 3 nömrəli məktəb, Əmiraslanlı kənd, Şəkərbəy kənd, Böyük Qaramurad kənd, Novosaratovka kənd, Kiçik Qaramurad kənd,Şınıx kənd, Poladlı kənd, Çobankənd kənd Xarxar kənd, Qoşabulaq kənd,Nərimankənd kənd, Düzrəsullu kənd və Şəhər 1 nömrəli məktəb Ərazi partiya təşkilatlarında ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilən “Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu və memarıdır” mövzusunda dəyirmi masa keçirilib. İlk öncə Ümummilli Liderin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhər 3 nömrəli məktəb ərazi partiya təşkilatında Ulu Öndərin xilaskarlıq missiyasından söz açan YAP Gədəbəy rayon təşkilatının əməkdaşı Anar Məmmədov vurğulayıb ki,1993-cü ildə ölkəmizdə xaos və anarxiyanın hökm sürdüyü zaman xalqın təkidi və tələbi ilə hakimiyyətə qayıdan Dahi Rəhbərin sonsuz Vətən sevgisi, sarsılmaz siyasi qətiyyəti, titanik fəaliyyəti və güclü idarəçilik bacarığı sayəsində Azərbaycan real parçalanmaq, müstəqilliyni itirmək təhlükəsindən xilas oldu, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında və beynəlxalq əlaqələrində əsaslı dönüş yarandı.Qeyd olunub ki, Heydər Əliyev mütərəqqi siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycan beynəlxalq birliyin nüfuzlu üzvlərindən birinə, regionun lider dövlətinə çevrilib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun cəmi 44 günə əzəli torpaqlarımızı işğalçılardan azad etməsi, cəmi 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpası hər bir azərbaycanlının əsl qürur və şərəf mənbəyidir. Ərazi partiya təşkilatının sədrləri və digər partiya fəallarının çıxışlarında Dahi Rəhbər Heydər Əliyevin mənalı həyat yolundan danışıb, Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən bəhs ediblər. Sonda vurğulanıb ki, öz mənalı ömrünü dövlətçiliyə, xalqına, onun azadlığı və xoşbəxt gələcəyinə həsr edən Ulu Öndərin əziz xatirəsi hər bir Azərbaycan vətəndaşının qəlbində əbədi yaşayacaq. Geri dön |