Ana Sayfa > Dünya > “Ər quyusu” təqdim olunacaq

“Ər quyusu” təqdim olunacaq


8-02-2017, 12:31. Yazar: Sevinc
“Ər quyusu” təqdim olunacaq






Son vaxtların aktiv milli kino bazarına daha bir yeni nümunə daxil olub.

Yazıçı Səidə Haqverdiyeva müəllifi olduğu “Qara qızın qara bəxti” hekayəsinin motivləri əsasında “Ər quyusu” adlı filmi ekranlaşdıraraq geniş tamaşaçı auditoriyasına təqdim etməyə hazırlaşır. Film 15 fevral (saat 19.00) tarixindən etibarən Nizami Kino Mərkəzində nümayişə başlayacaq.

Ailə-məişət mövzusunda çəkilən tammetrajlı bədii filmin quruluşçu rejissoru və ssenari müəllifi Səidə Haqverdiyeva, quruluşçu operatoru Rəşad Qarayev, bəstəkarı Vüqar Camalzadədir.

Komik hadisələrlə zəngin filmdə əsas rolları əməkdar artistlər Sevinc Sarıyeva, Aybəniz Bağırova, Ülviyyə Əliyeva, Məhərrəm Qurbanov, Cavid Telman, Rəsmiyyə Nurməmmədova və başqaları ifa edirlər.

Xronometrajı 95 dəqiqə olan filmin çəkilişləri Tərtər, Cəlilabad, Şamaxı, eləcə də Bakıda aparılıb. (axşam.az)
Geri dön