Ana Sayfa > Karusel / Ölkə > Leysan yağacaq, çaylardan sel keçəcək -
Leysan yağacaq, çaylardan sel keçəcək -7-05-2025, 16:14. Yazar: sevinc1 |
![]() Mayın 8-11-i gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə aia.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Yağıntılarla əlaqədar çaylarda, o cümlədən Kür çayının aşağı axınında sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. aia.az Geri dön |