Ana Sayfa > Gündəm > Mənsum Canəli Əkbərova cavab verdi - “6 qardaşım cəbhədə vuruşub”
Mənsum Canəli Əkbərova cavab verdi - “6 qardaşım cəbhədə vuruşub”8-02-2017, 12:27. Yazar: Sevinc |
Ötən gün muğam ustadı Canəli Əkbərovun 5 xalq artisti- Sərdar Fərəcov, Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov haqqında səsləndirdiyi fikirlər ölkə gündəmini zəbt edib. Xalq artisti həmkarları arasında ən çox Mənsum İbrahimov barəsində ağır ittihamlar irəli sürüb. M. İbrahimov “Qafqazinfo”ya açıqlama verərək ittihamlara cavab verib. O, Canəli Əkbərovun onu teatra gətirmədiyini söyləyib: “Biz sadəcə olaraq fikrimizi bildirmişik, Canəli müəllimi nə təhqir etmişik, nə də sənətinə toxunmuşuq. Üzr istəyirəm, nalayiq sözlər işlədim. Onun mənəviyyatının göstəricisidir. Danışdığı nağıldır. Bəlkə də, mənim bu mövzuda danışmağım qeyri-obyektiv olar. Siz teatr rəhbərləyi ilə əlaqə saxlayaraq məsələyə aydınlıq gətirə bilərsiz. Guya mənim üçün teatr rəhbəri ilə görüşüb, Məcnun kimi hazırlayıb”. (QAFQAZİNFO.AZ) Geri dön |