Ana Sayfa > Özəl > Günəş Yerdəki bütün canlıları məhv edəcək

Günəş Yerdəki bütün canlıları məhv edəcək


Dünən, 21:35. Yazar: sevinc1
Günəş Yerdəki bütün canlıları məhv edəcək
Günəşdə baş verən qlobal dəyişikliklər beş milyard il ərzində Yerdəki bütün həyatı məhv edəcək. “Veçernyaya Moskva” xəbər verir ki, Çikaqo Universitetinin tədqiqatçıları belə nəticəyə gəliblər.
Günəş fəlakətinin əsas səbəbi ulduzun qocalması olacaq. Tədqiqatçıların fikrincə, bu proses dönməzdir və Günəşin temperaturu yüksəldikcə karbon qazının miqdarının artacağı Yer də daxil olmaqla bir neçə planeti məhv edəcək. Bu, bitkilərin və nəticədə oksigendən asılı olan digər orqanizmlərin ölümünə səbəb olacaqdır.

Lakin tədqiqatçılar bəşəriyyətin o ana qədər yaşaya biləcəyinə zəmanət verə bilməzlər. Onlar hesab edirlər ki, insan ölümünün səbəbi Günəşin qocalması deyil, daha çox kütləvi vulkan püskürməsi və ya plitələrin tektonik hərəkəti olacaq.

aia.az
Tərcümə şöbəsi
Geri dön