Ana Sayfa > Parlament > Azərbaycan Milli Məclisi ilə Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurası arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Milli Məclisi ilə Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurası arasında Anlaşma Memorandumu imzalanıb


Dünən, 18:34. Yazar: azer
Azərbaycan Milli Məclisi ilə Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurası arasında Anlaşma Memorandumu imzalanıb

Milli Məclisin sədri Sahibə Qafarovanın Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri davam edir. Səfər çərçivəsində mayın 6-da bu ölkənin Federal Milli Şurasında keçirilən görüşdən sonra tərəflər arasında Anlaşma Memorandumunun imzalanma mərasimi olub.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Azərbaycan Respublikası Milli Məclisi ilə Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurası arasında Anlaşma Memorandumunu iki ölkənin spikerləri – Sahibə Qafarova və Saqr Qobaş imzalayıblar.
Qeyd olunub ki, bu sənəd tərəflər arasında birgə işi – koordinasiya və parlament təcrübəsi mübadiləsini daha da artırmağa imkan verəcək, əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcək.

Geri dön