Ana Sayfa > Manşet / Siyasət / Özəl > Müstəqil Azərbaycan Heydər Əliyev dühasının şah əsəridir
Müstəqil Azərbaycan Heydər Əliyev dühasının şah əsəridirBu gün, 10:10. Yazar: azer |
![]() Tarix boyu xalqların və millətlərin inkişafı, dövlət quruculuğu və mədəni dirçəlişi güclü şəxsiyyətlərin fəaliyyəti ilə sıx bağlı olmuşdur. Şəxsiyyət sadəcə bir insan deyil, xalqın yaddaşında və taleyində iz qoyan, gələcək nəsillər üçün örnək olan, bəzən bütöv bir epoxanı təmsil edən qüvvədir. Hər bir xalqın tarixində bu cür şəxsiyyətlərin olması onun inkişafının təməlidir. Güclü şəxsiyyətlər olmadan güclü cəmiyyətlər yaranmır. Azərbaycanı XX əsrdən XXI əsrə müstəqil dövlət kimi aparmış şəxsiyyət xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Görkəmli dövlət xadimi Heydər Əliyev XX əsrin ikinci yarısından etibarən bütün dünyanın diqqətini cəlb etmiş qüdrətli şəxsiyyətdir. Xalqımız üçün Heydər Əliyev yeni Azərbaycanın böyük yaradıcısı və qurucusu, əsl mənada xilaskar və müdrik rəhbərdir. Heydər Əliyevin beynəlxalq aləmdə, dünya siyasəti miqyasında da mühüm simalardan biri hesab edilməsi hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Hələ SSRİ dönəmində türk-müsəlman dünyası Heydər Əliyevin simasında Sovetlər İttifaqı kimi nəhəng bir dövlətin əsas rəhbərlərindən biri səviyyəsinə qədər yüksələ bilmiş, dünya şöhrəti qazanmış, adlı-sanlı nümayəndəsini görmüşdür. Qərb dünyasında Heydər Əliyev uzaqgörən siyasətçi və cəsarətli dövlət xadimi kimi qəbul olunmuşdur. Bu görkəmli dövlət xadiminin böyük siyasətin qrossmeysteri adlandırılması onun fəaliyyətinin və xidmətlərinin dünya miqyasında hansı yüksək meyarlarla qiymətləndirildiyini aydın şəkildə nümayiş etdirir. Buna görədir ki, Heydər Əliyevin adı həmişəlik olaraq Azərbaycan xalqının və böyük siyasətin tarixinə daxil olmuşdur. Ümummilli lider Heydər Əliyevin dövlətçilik fəaliyyəti həmişə ölkənin və xalqın taleyi və müqəddəratı, xilası və inkişafı ilə üzvi vəhdətdə dəyərləndirilir. Haqlı olaraq Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin, bütövlükdə yeni Azərbaycanın qüdrətli yaradıcısı və böyük qurucusu hesab edilir. Müstəqil Azərbaycan Heydər Əliyevin möhtəşəm əsəridir. Görkəmli dövlət xadimi Heydər Əliyevin adı və xidmətləri ilə bağlı olan hər bir hadisə Azərbaycanın müstəqillik tarixinin qiymətli səhifələrini təşkil edir. Sözün geniş mənasında Heydər Əliyev azərbaycançılıq idealının rəmzinə çevrilmişdir. Heydər Əliyevin çətin, keşməkeşli və mənalı həyatı, böyük mübarizə yolu müstəqil Azərbaycan dövlətinin epopeyasıdır. Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızı böyük oğlu Heydər Əliyevin zəngin və keşməkeşli həyatında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışdığı dövr mühüm əhəmiyyətə malikdir. Heydər Əliyevin Naxçıvanda yaşadığı və Ali Məslisin Sədri vəzifəsində çalışdığı illərdə bu qədim diyar ölkəmizin müstəqil dövlətçiliyinin böyük və əvəzsiz laboratoriyası funksiyasını yerinə yetirmişdir. ХХ əsrin doxsanıncı illərində Azərbaycanda hakimiyyətdə olan partiyala hökuməti böhran içində çabalayanda üç tərəfdən Ermənistan sərhəddi ilə əhatə olunan Naxçıvanda həyat inkişaf edir, cəmiyyət quruculuğu istiqamətində qətiyyətli addımlar atılırdı. Azərbaycan xalqı belə cəsarətli, düşünülmüş və məqsədyönlü addımların ölkə miqyasında atılmasını arzu və tələb edirdi. Görkəmli dövlət xadimi Heydər Əliyev çoxmilyonlu Azərbaycan xalqının istəyi ilə yenidən hakimiyyətə gəldi və bunla da ölkəmiz XX əsrdə ikinci dəfə əldə etdiyi müstəqilliyinin yeni mərhələsinə qədəm qoydu. Naxçıvandan Bakıya gələn Heydər Əliyev öz zəkası, müdrikliyi və qətiyyətilə respublikamızı məhvolmadan xilas etdi, müasir Azərbaycan dövlətinin müəllifinə çevrildi. Ümummilli lider hakimiyyətə gəldikdən sonra milli vəhdətə nail oldu, vətəndaş müharibəsinin, qardaş qırğınlarının qarşısını aldı, xaosu, anarxiyanı aradan qaldırdı. Ölkənin demokratik inkişafı üçün təhlükə törədən qanunsuz silahlı birləşmələri zərərsizləşdirdi. 1995-ci ildə qəbul olunmuş müstəqil Azərbaycanın ilk Konstitusiyası ilə hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğuna doğru mühüm addımalar atdı. Ulu öndərin əldə etdiyi yeni neft strategiyası, 1994-cü ildə dünyanın aparı neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın gələcək sosial iqtisadi inkişafının rəhninə çevrildi. 1997-ci ildə həyata keçirilmiş torpaq islahatı sayəsnidə Heydər Əliyev torpaqların ədalətli özəlləşdirilməsinə nail oldu. Müasir müstəqil Azərbaycan Ulu öndər Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Başqa sözlə, bu gün müasir müstəqil Azərbaycan Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Son 22 ildə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində bütün sahələrdə möhtəşəm nailiyyətlər əldə edilib. Təsadüfi deyil ki, ölkəmizin iqtisadi nailiyyətləri beynəlxalq miqyasda da təqdir olunur - yüksək qiymətləndirilir. Nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarında yer alan məqamlar ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin müsbət nəticələrini əks etdirir. Azər Kərimli Milli Məclisin deputatı Geri dön |