Ana Sayfa > Özəl > Zelenski Rusiyaya qarşı sanksiyaları gücləndirməyə çağırıb

Zelenski Rusiyaya qarşı sanksiyaları gücləndirməyə çağırıb


Dünən, 18:12. Yazar: sevinc1
Zelenski Rusiyaya qarşı sanksiyaları gücləndirməyə çağırıb

Çexiyanın baş naziri Petr Fial ilə mətbuat konfransında danışan Ukrayna prezidenti Vladimir Zelenski Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinə çağırıb


Onun sözlərini “İnterfaks-Ukrayna” agentliyi yayıb.


“Biz Rusiyaya qarşı əlavə təzyiqlərin zəruriliyini müzakirə etdik, bu, ilk növbədə sanksiyalara aiddir”, - deyə Ukrayna lideri bildirib.

Onun sözlərinə görə, Ukrayna münaqişəsi davam etdiyi üçün Rusiyaya qarşı sanksiyalar qalmalı və gücləndirilməlidir..Bundan əvvəl Zelenski bir sıra Aİ siyasətçilərini “Qırmızı Meydanda ən yaxşı yeri” əldə etmək istəməkdə günahlandırmışdı. “Obozrevatel” nəşrinin qeyd etdiyi kimi, siyasətçi yəqin ki, Ukraynanın ittifaqa daxil olmasına qarşı çıxan Macarıstan və Slovakiyanın baş nazirləri Viktor Orban və Robert Fikonu nəzərdə tutub.

aia.az
Tərcümə şöbəsi
Geri dön