Ana Sayfa > Gündəm / Özəl > 8 May Ümumdünya Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Günü və Ümummilli lider, AzQAC-ın Fəxri üzvü Heydər Əliyevin anadan olmasının 102-ci il münasibətilə ekoloji aksiya keçirilib.

8 May Ümumdünya Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Günü və Ümummilli lider, AzQAC-ın Fəxri üzvü Heydər Əliyevin anadan olmasının 102-ci il münasibətilə ekoloji aksiya keçirilib.


Bu gün, 15:03. Yazar: azer
8 May Ümumdünya Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Günü və Ümummilli lider, AzQAC-ın Fəxri üzvü Heydər Əliyevin anadan olmasının 102-ci il münasibətilə ekoloji aksiya keçirilib.

aia.az xəbər verir ki, 5 may 2025-ci il tarixində Bakı şəhərinin Şüvəlan kəndində dəniz kənarında AZQAC-ın rəhbər heyəti, əməkdaşları və könüllüləri Xəzər dənizi sahilində ekoloji təmizlik aksiyası keçiriblər.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti ətraf mühitin mühafizəsi və ekoloji şüurun artırılması məqsədilə növbəti sosial məsuliyyət təşəbbüsünü həyata keçirib.Aksiya çərçivəsində dənizkənarı ərazidə toplanan plastik tullantılar, məişət zibilləri və digər ətraf mühitə zərərli materiallar könüllülərin birgə səyi ilə təmizlənib. Həmçinin aksiya zamanı ətraf mühitin qorunmasının vacibliyinə dair maarifləndirici məlumatlar paylanıb, ictimaiyyətə tullantıların çeşidlənməsi və təkrar emalı ilə bağlı broşürlər təqdim olunub.Aksiya yerli Şüvəlan bələdiyyəsinin dəstəyi ilə təşkil olunub. Gələcəkdə bu təşəbbüsün davam etdirilərək Azərbaycanın digər bölgələrində də oxşar aksiyaların keçirilməsi planlaşdırılır.Azərbaycan Qızıl Aypara Cəmiyyəti ətraf mühitin qorunması istiqamətində maarifləndirici və praktik tədbirlər həyata keçirməklə, sağlam və təhlükəsiz cəmiyyətin formalaşmasına töhfə verməkdə davam edir.
Geri dön