Ana Sayfa > Özəl > ABŞ-da məhkum məhkəmə binasında unuduldu
ABŞ-da məhkum məhkəmə binasında unudulduBu gün, 12:48. Yazar: sevinc1 |
![]() ABŞ-ın Corciya ştatında həbsxanadan qaçdığı düşünülən və 12 saat fövqəladə vəziyyətdə axtarılan məhbusun ədliyyə təcridxanasında unudulduğu məlum olub. ABŞ mətbuatında yer alan xəbərlərə görə, Corciya ştatındakı həbsxana rəsmiləri 1984-cü ildə qətldə təqsirli bilinən Julian Brooks Deloach adlı məhbusun hesablama zamanı kamerasında olmadığını görüblər. Hakimiyyət həbsxanada fövqəladə vəziyyət elan edib, bütün qapıları bağlayıb və məhbusu axtarmağa başlayıb. Səlahiyyətlilər bütün kameralarda axtarış aparıb və kamera görüntülərini nəzərdən keçirmək qərarına gəliblər. Səlahiyyətlilər, qaçan olduğu düşünülən məhbusun ədliyyə kamerasında unudulduğunu və 12 saatdır orada gözlədiyini müəyyən ediblər. aia.az tərcümə şöbəsi Geri dön |